...

Azərbaycanda Ağyarpaq Qovaq təbiət abidəsi yaradılıb

Cəmiyyət Materials 4 Mart 2011 14:07 (UTC +04:00)
Azərbaycan hökuməti Ağyarpaq Qovaq təbiət abidəsinin təşkil edilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda Ağyarpaq Qovaq təbiət abidəsi yaradılıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Ağyarpaq Qovaq təbiət abidəsinin təşkil edilməsi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin internet saytında bildirilib.

Hökumətin qərarı ilə Yevlax şəhərində Kür çayının sağ sahilində, Sahil parkında yerləşən, yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 sm olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin ağac Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılıb.

Ağyarpaq Qovaq təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yevlax şəhər İcra Hakimiyyətinə bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədyönlü tədbirlər görmələri üçün tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti