...

Azərbaycanda əlillik təyinatında qanunsuzluğa yol verildiyi halda, hüquq-muhafizə orqanlarına müraciət olunacaq

Cəmiyyət Materials 4 Mart 2011 16:33 (UTC +04:00)
Azərbaycanda əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə, bu barədə hüquq-muhafizə orqanlarına müraciət olunacaq.
Azərbaycanda əlillik təyinatında qanunsuzluğa yol verildiyi halda, hüquq-muhafizə orqanlarına müraciət olunacaq

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə, bu barədə hüquq-muhafizə orqanlarına müraciət olunacaq. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov martın 4-də Oğuzda keçirilən zona müşavirəsində deyib.

Nazir ünvanlı dövlət sosial yardımının ödənişində hətta ucqar yaşayış məntəqələrində yaşayanlar da əhatə edilməklə kart sisteminin tam tətbiq edilməsini, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunmasını tapşıraraq, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi, əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə, hüquq-muhafizə orqanlarına müraciət olunacağını deyib.

Ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın artırılmasının vacibliyini qeyd edən nazir dövlət qayğısının əhaliyə çatdırılmasında hər hansı qanunsuzluq halına, korrupsiya faktına, məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi tədbirlər görüləcəyini deyib.

Ələkbərov aktiv məşğulluq tədbirlərin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına və qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, işəgötürənlərlə əməkdaşlq şəraitində peşə hazırlığı işinin daha gücləndirilməsi, yeni sınaq işlərinə başlanılan "özünədəstək" layihəsinin icra mexanizminin sadələşdirilməsi, bu sahədə də ictimai nəzarət imkanlarının daha da genişləndirilməsi barədə ciddi tapşırıqlar verib.

Ələkbərov bölgədə yaşayan ayrı-ayrı vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib və bu müraciətlərdə qaldırılan məsələlərin qanunamüvafiq həlli barədə müvafiq strukturların məsul şəxslərinə tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti