...

Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək dərc olunacaq

Cəmiyyət Materials 4 Mart 2011 17:47 (UTC +04:00)
Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək dərc olunacaq.
Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək dərc olunacaq

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək dərc olunacaq. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və bütün istiqamətlər üzrə, o cümlədən müalicə işi və pediatriya, stomotologiya, tibbi biologiya, tibbi profilaktika istiqamətləri üzrə qəbul proqramları hazırlanıb.

Bütün qeyd olunan istiqamətlər üzrə həm baza fənlərindən, həm də ixtisas fənləri üzrə test modelləri hazırlanıb. Həmin materiallar martın 15-dək jurnal şəklində dərc olunacaq.

Rezidenturaya qəbul imtahanının 2011-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti