...

Almaniyanın Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 7 Mart 2011 11:04 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində "Uşaqların və gənclərin sevimli yazıçısı" adlı tədbir keçirilib.
Almaniyanın Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində "Uşaqların və gənclərin sevimli yazıçısı" adlı tədbir keçirilib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilib.

Kültür Ocağının üzvləri Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Reyhan Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən foto-şəkillər iştirakçıların diqqətinə çatdırılıb. Abdulla Şaiqin uşaqların ifasında səslənən şeirləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" cizgi filmi nümayiş etdirilib.

Tədbirdə "Türk dili tarixinə qısa bir baxış" adlı məruzə dinlənilib. Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb və hər iki məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti