...

Həmyerlimiz Estoniya parlamentinin deputatı seçilib

Cəmiyyət Materials 7 Mart 2011 12:26 (UTC +04:00)
Həmyerlimiz üçüncü dəfə Estoniya parlamentinin deputatı seçilib
Həmyerlimiz Estoniya parlamentinin deputatı seçilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/ Həmyerlimiz, Estoniya Mərkəzçi partiyasının nümayəndəsi Eldar Əfəndiyev üçüncü dəfə Estoniya parlamenti Riyqikoqun deputatı seçilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Əfəndiyev Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunu bitirib. 20 ildən artıq müddət ərzində Narva muzeyinin (1979-1999 və 2001-2002-ci illərdə) direktoru olub. 1999-2000-ci illərdə Narva şəhərinin meri, 2002-2003-cü illərdə əhalinin məskunlaşması işləri üzrə nazir olub. 2004-cü ildən bu günədək Estoniya parlamentinin X və Xİ çağırışlarının deputatıdır.

O həmçinin Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının üzvü, Pro Narva Mərkəzi İdarəsi Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, "Aleksandr kilsəsi"nin Şura üzvüdür.

Eldar Əfəndiyev Estoniyanın 4-cü dərəcəli Dövlət Gerbi ordeni, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə 3-cü dərəcəli Xaçla, Azərbaycan Respublikasının Birlik Ordeni və digər medallarla təltif olunub.

Əfəndiyev ailəlidir, 4 övladı var.

Xəbər lenti

Xəbər lenti