...

Azərbaycanda Qobustan həbsxanasının rəisi tutduğu vəzifədən kənarlaşdırılıb

Cəmiyyət Materials 7 Mart 2011 17:36 (UTC +04:00)
Azərbaycanda Qobustan həbsxanasının rəisi xidməti tədqiqatla əlaqədar olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.
Azərbaycanda Qobustan həbsxanasının rəisi tutduğu vəzifədən kənarlaşdırılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Qobustan həbsxanasının rəisi xidməti tədqiqatla əlaqədar olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət rəisi Mədət Quliyevin əmri ilə həbsxananın rəisi Kazım Abdullayev təhqiqatın davam etdiyi müddət ərzində vəzifəsindən kənarlaşdırılıb.

Vəzifənin icrası müvəqqəti olaraq 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Osmanova həvalə olunub.

Xidmətdən verilən məlumata görə, tədqiqatın nəticəsindən asılı olaraq Abdullayevin həmin vəzifədə qalıb-qalmaması barədə qərar veriləcək.

Xəbər lenti

Xəbər lenti