...

Türkmənistan humanitar sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək fikrindədir

Cəmiyyət Materials 9 Mart 2011 13:39 (UTC +04:00)
Türkmənistan humanitar sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək fikrindədir.
Türkmənistan humanitar sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək fikrindədir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir V.Javoronkova/

Türkmənistan humanitar sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək fikrindədir.

Azərbaycan və Türkmənistan arasında humanitar əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

"Bunu ötən il Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri və Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi sübut edir", - səfir bildirib.

Onun sözlərinə görə, iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında daimi əlaqələr, təcrübə mübadiləsi mövcuddur. Missiyanın rəhbəri hesab edir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin ən mühüm vəzifələrindən biri ölkələr arsında humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi üçün şəraitin yaradılmasıdır. Səfir təkcə humanitar sahədə deyil, əməkdaşlığın digər sahələrində də effektiv işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti