...

Məhkəmə futbolçu Georgi Demetradzeyə hökm çıxaracaq

Cəmiyyət Materials 11 Mart 2011 12:57 (UTC +04:00)
Tbilisi şəhər məhkəməsi çox güman ki, cümə günü vaxtilə Azərbaycanda oynamış məşhur gürcü futbolçusu Georgi Demetradze barəsində hökm çıxaracaq.
Məhkəmə futbolçu Georgi Demetradzeyə hökm çıxaracaq

Gürcüstan, Tbilisi, 11 mart /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi şəhər məhkəməsi çox güman ki, cümə günü vaxtilə Azərbaycanda oynamış məşhur gürcü futbolçusu Georgi Demetradze barəsində hökm çıxaracaq.

Məhkəmədən Trend-ə verilən məlumata görə, buna qədər müdafiə və ittiham tərəfi son sözlə çıxış edəcək.

İttihamçı 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə, müdafiə isə müttəhimin bəraət almasını tələb edir.

Demetradze ilə birgə daha üç şəxs - hazırda axtarışda olan Vato Kipiani, David Peikrişvili və David Qaqnidze barəsində də hökm çıxarılacaq. Onların hamısı oğru dünyası ilə əlbir olmaqda ittiham olunurlar.

Qaqnidze həm də odlu silahın qanunsuz əldə olunması və saxlanmasında ittiham olunur.

Göstərilən şəxslərin hamısı 2010-cu il dünya çempionatı zamanı udulmuş payların zorla ələ keçirilməsinə görə həbs ediliblər.

Bu iş üzrə istefada olan polkovnik Kaxa Misireli də istintaqa cəlb olunub, lakin onun işi ayrı icrata götürülüb və barəsində həbs qətimkan tədbiri seçilməyib.

Demetradze əvvəllər Kiyev "Dinamo"su, İspaniyanın "Real Sosyedad", Ukrayna, Rusiya klublarında və Azərbaycanın "Bakı" komandasında oynayıb.

Georgi Demetradze "Bakı" futbol klubunun heyətində 2008-2009-cu illərdə hücumçu ampluasında çıxış edib.

Xəbər lenti

Xəbər lenti