...

İranda 22250 nəfərdə İİV aşkar edilib

Cəmiyyət Materials 16 Mart 2011 15:24 (UTC +04:00)
İranda 2010-cu ilin dekabr ayına (İranda il martın 21-də dəyişir) olan statistikaya əsasən, ölkədə 22 250 nəfərdə İİV (insanda immunçatışmazlığı virusu) aşkar edilib.
İranda 22250 nəfərdə İİV aşkar edilib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Cəfərov/

İranda 2010-cu ilin dekabr ayına (İranda il martın 21-də dəyişir) olan statistikaya əsasən, ölkədə 22 250 nəfərdə İİV (insanda immunçatışmazlığı virusu) aşkar edilib. İİV aşkar edilmiş şəxslərin 92 faizi kişi, 8 faizi isə qadındır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, İİV aşkar edilmiş şəxslərdən 2746 nəfərində virus 2010-cu ildə aşkar edilib. Həmin şəxslərdən 4066 nəfər ötən il vəfat edib.

2010-cu ilin may ayına olan rəsmi statistik məlumatlara görə, İranda 21 minə yaxın insan İİV-ə yoluxub. Qeyri-rəsmi statistik məlumatlara əsasən, bu xəstəliyə 70-100 min nəfər yoluxub ki, onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

İİV İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə İİV-ə yoluxanların sayı kəskin artıb.

Xəbər lenti

Xəbər lenti