...

Azərbaycanın millət vəkili Gürcüstanda Novruz Bayramı tədbirlərində iştirak edib (FOTO)

Cəmiyyət Materials 22 Mart 2011 18:46 (UTC +04:00)
Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva Gürcüstanın Marneuli rayonunda Gürcüstan prezidenti Mixail Saakaşvilinin də iştirak etdiyi Novruz Bayramı tədbirlərində iştirak edib və azərbaycanlıları bayram münasibəfti ilə təbrik edib.
Azərbaycanın millət vəkili Gürcüstanda Novruz Bayramı tədbirlərində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 22 mart / Trend/

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva Gürcüstanın Marneuli rayonunda Gürcüstan prezidenti Mixail Saakaşvilinin də iştirak etdiyi Novruz Bayramı tədbirlərində iştirak edib və azərbaycanlıları bayram münasibəfti ilə təbrik edib.

Millət vəkili həmçinin Gürcüstan prezidenti Mixail Saakaşvili, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla birlikdə Azərbaycanın Marneulidə inşa etdiyi idman kompleksininin açılış mərasimində də iştirak edib. Millət vəkili tədbirlər çərçivəsində Gürcüstan prezidenti ilə də görüşüb.

Mixail Saakaşvili iki ölkə parlamentləri arasındakı əlaqələri, əməkdaşlığı və parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, bildirib ki, parlamertlərarası dostluq qrupu iki ölkə arasında münaksibətlərin inkişafında çox müsbət və önəmli rol oynayır. Azərbaycan tərəfdən parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevaya məhz buna görə ötən il Gürcüstanın fəxri vətəndaşı adını verdiklərini vurğulayan Gürcüstan prezidenti parlamentlər arası dostluq qrupunun bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandığını bildirib.

Millət vəkili Qənirə Paşayeva isə Novruz bayramının bu ildən Gürcüstanda dövlət bayramı səviyyəsində qeyd olunmasına görə prezident Saakaşviliyə təşəkkürünü bildirib və vurğulayıb ki, iki ölkə prezidentlərinin və parlament rəhbərlərinin dəstəyini daim hiss edən parlamerntlərarası dostluq qrupları öz fəaliyyətini bundan sonra daha da genişləndirəcək və iki ölkə arasında dostluq münasibətlərinin dərinləşməsi üçün əllərindən gələni edəcək. Bundan başqa millət vəkili Marneuli şəhərinde Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən xalqımızın milli bayramı və Gürcüstanın dövlət bayramı olan Novruz bayramına həsr olunmuş tədbirdə də iştirak edib. Tədbirdə Azərbaycan -Gürcüstan Parlamentləarası Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva, Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Kvemo Kartli qubernatorunun müavini və Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Hüseyn Yusubov, SOCAR şirkətinin nümayyəndəsi Arif Əliyev, Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan tələbələr, ziyalılar iştirak etmişlər.

Tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov qonaqları salamlayıb onları bayram münasibətilə təbrik etdi, bu bayramın Gürcüstam prezidenti Mixail Saakaşvilinin fərmanı ilə bu ildən dövlət bayramı kimi elan olunması ilə bağlı ölkə başçısına öz minnətdarlığını bildirdi. Daha sonra? Mərkəzin sədri tələbələrin təhsili ilə bağlı ətraflı danışdı. ". Hər birimiz üçün bu gün çox xoşdur ki, daima təhsilimizə, mədəniyyətimizə dəstək göstərən və həmişə bayramlarda bizimlə birgə olan millət vəkili Qənirə xanım Paşayeva yenə də Gürcüstandadır, və bizimlədir. Hamımızın adından Qənirə xanıma öz səmimi təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır ki Tbilisidə təhsil alan azərbaycanlı gənclərin sayı ildən ilə artır Bu günki görüşün əsas məqsədindən biri SOCAR Dövlət Neft Şirkətinin ötən il vahid test iüsülu ilə qəbul olan tələbələrin təqaüdlərini elan etmək və onlara bayram hədiyyələri çatdırmaqdır. nəzərinizə bir şad xəbəri daha çatdırmaq istəyirəm. Bizim müraciətimiz əsasında artıq 20 tələbəni təqaüdlə təmin etməyi Azərbayan Dəmiryolu Bankı öz üzərinə götürüb, və həmin gəncər bu gün bura dəvət olunublar. Bunun üçün bizim müraciətlərimizə müsbət cavab verən şirkətlərə öz təşəkkürümüzü bildiririk".

Millət vəkili , Azərbaycan-Gürcüstan Parlamentləarası Dostluq Qrupunun rəhbəri, Qənirə Paşayeva çıxışında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin işlərinin əhəmiyyəti və faydası haqqında danışdı. Gənclərə müraciət edən Qənirə xanım onların təhsillərinə ən çox diqqət yetirmələrini istədi, "Hər bir ölkənin işıqlı gələcəyi onun təhsilində, savadındadır, bunun üçün Siz yaxşı təhsil almalısınız, sizin üçün təşkil olunan bütün fürsətlərdən səmərəli istifadə edib hər birimizin ümüdlərinii doğruldmalısınız. Bu istiqamətdə Gürcüstan azərbaycanlıları üçün gördüyü işlərə görə Azərbaycan prezideenti İlham Əliyevə, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən SOCAR şirkətinə, ``GİLAN holding Jalə meyvə şirələri`` və digər şirkətlərə sizin adınızdan təşəkkürümü bildirirəm. Bundan başqa mən istərdim Gürcüstan prezidenti cənab Mixail Saakaşviliyə minnətdarlığımı bildirəm ki, bizim bu milli bayramımızı rəsmi şəkildə Gürcüstanda qeyd olunması haqqında fərman imzalayıb, bu addım hər iki ölkənin dostluğundan irəli gəlir." Millət vəkili eyni zamanda Gürcüstanda azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə məşqul olan insanlar və təşkilatlara minnətdarlığını bildirərək Cemile Məmmədovanın bədii rəhbərliyi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən ``Sarvan`` folklor rəqs qrupunun da nailiyyətlərini vurğuladı.

Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov isə çıxışında istehdadlı və savadlı gənclərlə fəxr edib onların gələcəkdə yaxşı mütəxəsis olmalarına əmin olduğundan bildirdi.

Kvemo Kartli bölqəsinin qubernatorunun müavini, GAK-ın sədri Hüseyn Yusifov isə çıxışında xalqımızı bayram münasibətilə təbrik etdi bu bayramın ölkəmizdə dövlət bayramı kimi qeydi artıq bir neçə gündür ki həm ölkənin paytaxtında həm də bölgələrdə yüksək səviyyədə keçirilir, bu da hər birimizin sevincini artırır.

``SOCAR`` Dövlət Neft Şirkətinin nümayyəndəsi Arif Əliyev çıxış edərək gənclərin təhsillərinin vacibliyi haqqında və şirkətin gənclərin təhsilinə diqqətinin gələcəkdə də olacağından danışdı.
Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova, tələbə Ləman Məmmədova və digərləri çıxışında bayram təbriklərini və qonaqlara təşəkkürlərini bildirdilər. Daha sonra millət vəkili Qənirə Paşayeva və ``SOCAR``-ın əməkdaşı Arif Əliyev tələbə gənclərə bayram hədiyyələri payladılar.

Tədbirin bədii hissəsi Əməkdar artist Tünzalə Ağayevanın vətənpərvər mahnılarılə və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin "Sarvan" folklor rəqs qrupunun rəngarəng çıxışları davam etdi.

Xəbər lenti

Xəbər lenti