...

Azərbaycanın yeniyetmələrdən ibarət qrupunun növbəti gümüşü və Aliyə Qarayevadan iki bürünc medal

Cəmiyyət Materials 28 Mart 2011 15:16 (UTC +04:00)
Ötən həftənin sonunda Pesaroda (İtaliya) keçirilən Dünya Kubokunun növbəti mərhələsində Azərbaycan gimnastları bir gümüş və iki bürünc medal qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.
Azərbaycanın yeniyetmələrdən ibarət qrupunun növbəti gümüşü və Aliyə Qarayevadan iki bürünc medal

Azərbaycan, Bakı, 28 mart /Trend/

Ötən həftənin sonunda Pesaroda (İtaliya) keçirilən Dünya Kubokunun növbəti mərhələsində Azərbaycan gimnastları bir gümüş və iki bürünc medal qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.

Milli komandanın lideri Aliyə Qarayeva inamı doğruldub. O, iki dəfə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qarayeva finalda halqa və topla hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva və Belarus idmançısı Lyubov Çerkaşina ilə rəqabət apararaq, müvafiq olaraq 27,3 və 27,65 bal toplayıb. Digər Azərbaycan gimnastı Anna Qurbanova 43 iştirakçı arasında çoxnövçülükdə 18-ci olub.

Azərbaycanı Apenin adalarında Lalə Yusifova, Mənsurə Bağıyeva, Ayişə Mustafayeva, Siyana Vasileva, Aynur Cabbarlı və səbinə Qaratovadan ibarət yeniyetmələrin qrup komandası da təmsil edib.

"İlkin təsnifatdan sonra qızlar üçüncü yer uğrunda mübarizə aparıblar. Finalda yüksək - 25 bal toplayan kollektiv Rusiyadan sonra ikinci yeri tutub və İsraili qabaqlayıb", - ölkə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

Böyüklərdən ibarət qrup komandasına gəldikdə, ən yaxşı nəticə - 8-ci yer - beş toplu final hərəkətlərində qeydə alınıb. Beynəlxalq turnirdə 13 yaşlı Gülsüm Şəfizadə və Ləman Dadaşlı 31 iştirakçı arasında müvafiq olaraq 11-ci və 19-cu olublar.

Bu həftənin sonunda, aprelin 2-3-də Gülsüm Şəfizadə, eləcə də digər yeniyetmə Ləman Hacızadə (1999-cu il təvəllüdlü) və Zeynəb Cavadlı Polşada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti