...

Azərbaycan Ombudsman Aparatı regionlarda əhalinin hüquqi maarifləndirilməsi məqsədilə seminarlar keçirib

Cəmiyyət Materials 28 Mart 2011 19:52 (UTC +04:00)
Azərbaycan Ombudsman Aparatının Şəki regional mərkəzinin əməkdaşları əhalinin hüquqi maarifləndirilməsi məqsədilə Qax rayonunun Qaratala və Əmbərçay, Zaqatala rayonunun Zəyəm və Balakən rayonunun Püştətala kəndlərində seminarlar keçirib.
Azərbaycan Ombudsman Aparatı regionlarda əhalinin hüquqi maarifləndirilməsi məqsədilə seminarlar keçirib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ombudsman Aparatının Şəki regional mərkəzinin əməkdaşları əhalinin hüquqi maarifləndirilməsi məqsədilə Qax rayonunun Qaratala və Əmbərçay, Zaqatala rayonunun Zəyəm və Balakən rayonunun Püştətala kəndlərində kənd icra nümayəndəliyinə daxil olan Qaravəlli, Mollaçıbinə, Godoş və Pridax yaşayış məntəqələrinin sakinlərinin, yerli icra və bələdiyyə qurumlarının nümayəndələrinin iştirakı ilə seminarlar keçirib. Trend-in məlumatına görə, bu barədə Ombudsman Aparatının bazar ertəsi yaydığı məlumatda bildirilir.

Seminarlar "İnsan hüquqları sahəsində beynəlxalq konvensiyalar və milli qanunvericilik" mövzusunda aparılıb, əhaliyə müvafiq normativ-hüquqi aktlar, həmçinin, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın və Şəki regional mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Həmin kəndlərdə əhalinin qəbulu da keçirilib.

Xəbər lenti

Xəbər lenti