...

31 mart azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir

Cəmiyyət Materials 30 Mart 2011 17:46 (UTC +04:00)
31 mart azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
31 mart azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

31 mart azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

İnternet-aksiyalar vasitəsilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyatları barədə minlərlə məlumat göndərilir.

Aksiyalar Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə təşkil edilir.

Builki aksiyalar şərti olaraq "Gənclər terror əleyhinə" internet-aksiyası adlanır. Aksiyalar çərçivəsində ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər 25 mindən çox elektron poçt ünvanına azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndərəcəklər.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti