...

Azərbaycan miqrasiya orqanlarının cərimələrdən topladığı vəsaitin 25 faizi orqan əməkdaşlarının əməkhaqqına artırılacaq

Cəmiyyət Materials 1 Aprel 2011 12:46 (UTC +04:00)
Azərbaycan miqrasiya orqanlarının cərimələrdən topladığı vəsaitin 25 faizi orqan əməkdaşlarının əməkhaqqına artırılacaq.
Azərbaycan miqrasiya orqanlarının cərimələrdən topladığı vəsaitin 25 faizi orqan əməkdaşlarının əməkhaqqına artırılacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan miqrasiya orqanlarının cərimələrdən topladığı vəsaitin 25 faizi orqan əməkdaşlarının əməkhaqqına artırılacaq.

Trend-in məlumatına görə, bu barədə "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov iclasda bildirib ki, təklif olunan dəyişikliklərdə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin miqrasiya orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin hesabına köçürürlməsi nəzərdə tutulub.

Hüseynov bu dəyişiklikləri korrupsiya ilə mübarizə sahəsində aparılan işlərin davamı kimi qiymətləndirib və bunun müsbət nəticə verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti