...

Azərbaycanın təhsil naziri məcburi köçkünlərin işlə təmin olunması barədə əmr imzalayıb

Cəmiyyət Materials 1 Aprel 2011 16:02 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin vakant iş yerlərinə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə əmr imzalayıb.
Azərbaycanın təhsil naziri məcburi köçkünlərin işlə təmin olunması barədə əmr imzalayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin vakant iş yerlərinə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə əmr imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Təhsil Nazirliyindən bildiriblər.

Əmrdə həmçinin nazirliyin tabeliyində olan təhsil müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərə 2012-ci il yanvarın 1-dək orta aylıq əməkhaqqının ödənilməsinin təmin edilməsi öz əksini tapıb.

Mərdanov orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin dəqiqləşdirilmiş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını tapşırıb.

Azərbaycan Nazirlər Kabineti 9 mart tarixində büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər barədə qərar verib.

Xəbər lenti

Xəbər lenti