...

Azərbaycanın ekologiya naziri "Fukusima"dakı qəzanın ölkəmizə təsirinə aydınlıq gətirib

Cəmiyyət Materials 2 Aprel 2011 11:44 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Yaponiyanın "Fukusima" AES-də baş vermiş qəzanın ölkənin radiasiya fonuna təsir etməyəcəyini açıqlayıb.
Azərbaycanın ekologiya naziri "Fukusima"dakı qəzanın ölkəmizə təsirinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Yaponiyanın "Fukusima" AES-də baş vermiş qəzanın ölkənin radiasiya fonuna təsir etməyəcəyini açıqlayıb.

"Azərbaycanın radiasiya fonu tək yerli cihazlarla deyil, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən quraşdırılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan 6 stansiya ilə də izlənilir. Yaponiyadakı radiasiya Azərbaycanın radiasiya fonuna təsir etməyəcək", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə nazir Hüseynqulu Bağırov deyib.

Bağırovun sözlərinə görə, Azərbaycanda təbii radiasiya fonu 10 vahiddən 26 vahidədək dəyişir və faktiki göstəricilər bu rəqəmlər arasında dəyişir.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 11 mindən çox insan həlak olub və 18 minə yaxını itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar silsilə qəzalar qeydə alınıb. AES-dəki insidentlər nəticəsində bir neçə radiasiya sızması aşkar edilib ki, bu da hakimiyyəti AES-in ətrafındakı 80 kilometrlik zonadan əhalinin təxliyə edilməsinə məcbur edib.

Xəbər lenti

Xəbər lenti