...

Ünvanlı sosial yardım üçün müraciət zamanı ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim olunmalıdır

Cəmiyyət Materials 4 Aprel 2011 17:55 (UTC +04:00)
Ünvanlı sosial yardım üçün müraciət zamanı ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim olunmalıdır. Bu barədə bazar ertəsi Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumatda verilib.
Ünvanlı sosial yardım üçün müraciət zamanı ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim olunmalıdır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T.Hacıyev/

Ünvanlı sosial yardım üçün müraciət zamanı ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim olunmalıdır. Bu barədə bazar ertəsi Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumatda verilib.

Nazirliyin məlumatında bildirilib ki, son vaxtlar ünvanlı sosial yardım təyinatı ilə əlaqədar vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin təhlili göstərir ki, müraciətlərin çoxu əmək qabiliyyətli üzvlərinin üzrsüz səbəbdən işləməməsi və yaxud qeyri-rəsmi şəkildə fərdi əməklə məşğul olması barədə məlumat verdiklərinə görə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən "Ünvanlı sosial yardım təyin edən Komissiya"lar tərəfindən sosial yardım təyin olunmasından imtina edilmiş ailələrdəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım alan ailələrin gəlirlərini, onların əmlak vəziyyətini və ailə tərkibi haqqında məlumatları özündə əks etdirən geniş məlumat bazası yaradılıb. Qeyd edilən baza üzrə aparılmış təhlillər göstərir ki, ünvanlı sosial yardım üçün müraciət edən ailələr gəlirlərinin əsasən fərdi əməkdən formalaşdığını bildirərək şifahi məlumatlar təqdim edirlər. Bu da ailələrin gəlirlərinin və sonda ünvanlı sosial yardımın məbləğinin düzgün hesablanmamasına gətirib çıxarır.

Bununla əlaqədar fərdi əməklə məşğul üzvləri olan ailələrə müraciət edərək bildirilir ki, ünvanlı sosial yardım üçün müraciət zamanı həmin ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim olunmalıdır.

Məqsəd ünvanlı sosial yardım üçün müraciət edən və gəlirlərinin fərdi əməkdən formalaşdığını bildirən ailələrin gəlirlərini düzgün müəyyən etməklə onlara hesablanacaq ünvanlı sosial yardımın məbləğinin dəqiq olmasıdır.

Xəbər lenti

Xəbər lenti