...

Azərbaycan paralimpiyaçıları Ümumdünya oyunlarında qızıl və gümüş medal qazanıblar

Cəmiyyət Materials 5 Aprel 2011 16:10 (UTC +04:00)
Azərbaycan paralimpiyaçıları Türkiyədə keçirilən Ümumdünya Paralimpiya oyunlarında qızıl və gümüş medal qazanıblar.
Azərbaycan paralimpiyaçıları Ümumdünya oyunlarında qızıl və gümüş medal qazanıblar

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan paralimpiyaçıları Türkiyədə keçirilən Ümumdünya Paralimpiya oyunlarında qızıl və gümüş medal qazanıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.

Üçqat tullanış yarışlarında Vladimir Zayats 14 m 96 sm nəticə ilə qızıl medal qazanıb, Oleq Panyutin isə 14 m 45 sm nəticə ilə ikinci yeri tutaraq gümüş medal əldə edib. 100 metr məsafəyə qaçışda Elçin Muradov 11,47 saniyəlik nəticə ilə beşinci gəlib. Daha iki qaçışçı növbəti mərhələyə çıxıb: Rza Osmanov 400 metr məsafəlik qaçışda yarımfinala çıxıb, Orxan Ramazanov isə 800 metr məsafəyə qaçışın finalında iştirak edəcək.

Çərşənbə axşamı Azərbaycan cüdoçuları 60 kiloqram (İbrahimov Ramin, İbrahimov Nurlan) və 66 kiloqram (Alışov İlkin, Mustafayev Bayram) çəkidə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti