...

Azərbaycanda hərbi komissar həbs olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Aprel 2011 15:42 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə Trend-ə bildirib ki, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyov barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Azərbaycanda hərbi komissar həbs olunub (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra Bakı Hərbi Məhkəməsinin məlumatı əlavə olunub (ilk xəbər saat 12:54-də yayılıb)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Binəqədi rayon hərbi komissarı həbs edilib.

Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə Trend-ə bildirib ki, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyov barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Onun hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmır.

Binəqədi rayon Hərbi Komissarlığından Trend-ə bildirilib ki, hazırda komissarlıqda Respublika Hərbi Prokurorluğu tərəfindən yoxlama aparılır.

Hərbi komissarın səlahiyyətini müvəqqəti olaraq Mehman Qurbanov icra edir.

Ağabəyov bundan əvvəl Masallı rayonunda hərbi komissar kimi çalışıb.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.

Məhkəmənin qərarı ilə hərbi komissar barədə 2 aylıq həbs qərarı çıxarılıb.

Xəbər lenti

Xəbər lenti