...

Azərbaycanlı hüquqşünas Rusiyanın Elmi Tədqiqat İnstitutunun Elmi Şurasına üzv seçilib

Cəmiyyət Materials 8 Aprel 2011 13:58 (UTC +04:00)
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov Rusiyanın Avrasiya Hüquq Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasına üzv seçilib.
Azərbaycanlı hüquqşünas  Rusiyanın  Elmi Tədqiqat İnstitutunun Elmi Şurasına üzv seçilib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov Rusiyanın Avrasiya Hüquq Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasına üzv seçilib.

Konfederasiyanın İctimaiyyətlə əlaqələr katibliyindən Trend-ə bildirilib ki, sözügedən Elmi-Təqdiqat İnstitutu əsasən hüquq üzrə araşdırılan tədqiqat layihələri ilə bağlı qərarların qəbulu, həyata keçirilmiş layihələrin elmi ekspertizası nəticəsində rəylərin verilməsi, beynəlxalq səviyyəli elmi konfranslara məruzəçilərin təyinatı istiqamətində xüsusi, elmi tədqiqat işlərinin aparılmasında geniş fəaliyyətə malikdir.

Eyni zamanda, İnstitut Avropanın və MDB məkanının hüquq sahəsində özünü təsdiqləmiş nüfuzlu elmi tədqiqat institutları ilə əməkdaşlıq münasibətlərinə malikdir.

İnstitutun Elmi Şurasının sədri beynəlxalq hüquq üzrə tanınmış alim, Rusiya Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitunun əməkdaşı, Moskva Dövlət Hüquq Akademiyası tərəfindən nəşr olunan "Evrazeyskiy Yuridiceskiy Jurnal"ın baş redaktoru, hüquq elmləri doktoru, professor İnsur Farxuddinovdur.

AHK-nın baş katibi Nadir Adilov eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun baş elmi işçisi və Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri, Hüququqşünasların Beynəlxalq Assosiasiyasının Şura üzvüdür.

Xəbər lenti

Xəbər lenti