...

Bakı "mədəni Davos"a çevrilir - İTAR-TASS-ın baş direktorunun birinci müavini

Cəmiyyət Materials 9 Aprel 2011 14:35 (UTC +04:00)
Azərbaycanda müxtəlif növ mədəni tədbirlərin keçirilməsi Bakını "mədəni Davos"a çevirir. Trend-in məlumatına görə, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman belə heab edir.
Bakı "mədəni Davos"a çevrilir - İTAR-TASS-ın baş direktorunun birinci müavini

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanda müxtəlif növ mədəni tədbirlərin keçirilməsi Bakını "mədəni Davos"a çevirir. Trend-in məlumatına görə, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman belə heab edir.

"Belə ki, Bakı sivilizasiyaların qovuşduğu yerdədi. Bu, təsadüfi deyil və ümid edirik ki, belə tədbirlər bundan sonra da Azərbaycan paytaxtında yüksək səviyyədə keçiriləcək", - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ikştirak edən Qusman şənbə günü jurnalistlərə bildirib.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Qusman, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasının vacibliyini də qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll olunmaya bilməz, bir halda ki, ədalət anlayışının özü Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını deyir.

Qusman deyib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa kifayət qədər geniş muxtariyyət verilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti