...

"Gəncə" yeni baş məşqçisi ilə ilk qələbəsini qazandı

Cəmiyyət Materials 17 Aprel 2011 17:05 (UTC +04:00)
Bu gün Azərbaycan Unibank Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən iki oyunun nəticələri bəlli olub
"Gəncə" yeni baş məşqçisi ilə ilk qələbəsini qazandı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Azərbaycan Unibank Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən iki oyunun nəticələri bəlli olub.

Trend-in məlumatına görə, "Gəncə"nin eyniadlı komandasına baş məşqçi gələn Mehman Allahverdiyev komandanın üçüncü oyununda ilk qələbəsini qazanıb.

MOİK-in qonağı olan "Gəncə" iki cavabsız topla qalib gəlib (0:2). Mehman Allahverdiyevin baş məşqçiliyi altınada oyuna cıxan "Gəncə" bundan öncə "Qəbələ" və "Muğanl"la heç-heçə oynayıb (1:1).

İngiliş baş məşqçisi Toni Adamsın yetirmələri isə ev oyununda Zaqatalanın "Simurq" komandasını üç top fərqi ilə udub (3:0).

Xəbər lenti

Xəbər lenti