...

Azərbaycanla İordaniya gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Cəmiyyət Materials 18 Aprel 2011 10:19 (UTC +04:00)
Azərbaycan və İordaniya gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər.
Azərbaycanla İordaniya gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Az ə rbaycan, Bakı, 18 aprel / Trend, müxbir M. Ə liyev /

Azərbaycan və İordaniya gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İordaniyanın Gənclərlə iş üzrə Ali Şurasının dəvəti ilə Əmman şəhərinə səfər edib. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.

Səfər zamanı 2009-cu ildə Əmman şəhərində "Azərbaycan Hökuməti və İordaniya Hökuməti arasında 2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı" çərçivəsində görüləcək işlər müzakirə olunacaq.

Səfər çərçivəsində həmçinin İordaniya Haşimilər Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri çərçivəsində 16 may 2010-cu il tarixdə imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş" in müddəalarından irəli gələn məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti