...

Azərbaycan alimi elm və texnika sahəsində "Birlik Ulduzları" mükafatının laureatı olub

Cəmiyyət Materials 19 Aprel 2011 11:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, fizika-riyaziyyat elmləri doktoru Nəriman Quliyev 2010-cu il üçün elm və texnika sahəsində "Birlik Ulduzları" mükafatının laureatı olub.
Azərbaycan alimi elm və texnika sahəsində "Birlik Ulduzları" mükafatının laureatı olub

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, fizika-riyaziyyat elmləri doktoru Nəriman Quliyev 2010-cu il üçün elm və texnika sahəsində "Birlik Ulduzları" mükafatının laureatı olub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Quliyev Avropa Nüvə Tədqiqatları Mərkəzinin bazasında həyata keçirilən iri yüksək fiziki enerji sınaq qurğusunun yaradılması üzrə ATLAS beynəlxalq proqramının İdarəetmə Şurasının üzvüdür. O, iri beynəlxalq elmi layihələrin birinin hazırlanmasına və 2008-ci ilin sentyabrında böyük kollayderin işə salınmasına rəhbərlik edib. Quliyev çoxillik və uğurlu elmi fəaliyyətə görə bir sıra dövlət mükafatlarına, o cümlədən iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə, "Şöhrət", "İstiqlal" ordenlərinə layiq görülüb.

Quliyevdən başqa, elm və texnika sahəsində laureatlar arasında Qırğızıstanın səhiyyə naziri Sabırbek Cumabekov da var. O, Mərkəzi Asiyada ilk dəfə olaraq zədə və bel sümüyünün müalicəsinin yüksək effektli müalicə üsullarını tətbiq edib. Daha bir laureat Tacikistan Milli Universitetinin riyazi təhlil və nəzəriyyə kafedrasının müdiri Nüsrət Rəcəbov olub.

"Birlik Ulduzları" dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində böyük töhfə və uğurlara görə verilir. Üç nominasiya üzrə hər biri 2 milyon rubl olmaqla üç mükafat verilir.

Xəbər lenti

Xəbər lenti