...

Asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalıb - DİN

Cəmiyyət Materials 20 Aprel 2011 19:23 (UTC +04:00)
Asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalıb və sırf təhlükəsizlik baxımından hər hansı xətərin toxunmaması naminə onları oradan uzaqlaşdırıb. Bunu çərşənbə günü Trend-ə aprelin 17-də İctimai Palata adlanan qurumun keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanması və barəsində cəza tədbiri görülməsi barədə yayılan məlumatları şərh edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib
Asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalıb - DİN

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalıb və sırf təhlükəsizlik baxımından hər hansı xətərin toxunmaması naminə onları oradan uzaqlaşdırıb. Bunu çərşənbə günü Trend-ə aprelin 17-də İctimai Palata adlanan qurumun keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanması və barəsində cəza tədbiri görülməsi barədə yayılan məlumatları şərh edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

"Aprelin 17-də paytaxtın mərkəzində radikal müxalifətin təşkilatçılığı ilə asayişin kobud şəkildə pozulmasına yönəlmiş qanunazidd hərəkətlərin qarşısı alınarkən, yanında azyaşlı uşağı olan bir qadın polis əməkdaşlarının diqqətini cəlb edib və təhlükəsizlik məqsədi ilə onlar hadisənin cərəyan etdiyi ərazidən post-patrul xidmətinə məxsus avtomobilə oturdularaq Milli Dənizkənarı Parkın yaxınlığındakı sakit ərazidə sərbəst buraxılıblar. Bu zaman polis azyaşlı uşaqla olan qadını nəinki inzibati qaydada saxlamağa, heç onların şəxsiyyətlərini də müəyyən etməyə cəhd göstərməyib. Aydın məsələdir ki, istənilən vətəndaşın mitinqdə iştirak etməsi mümkündür.

Amma valideyn azyaşlı uşağın əlindən tutub onu mitinqə gətirirsə, özü də bilir ki, mitinq qanunsuzdur və qarşıdurma ehtimalı var, bu, yolverilməzdir. Ən azından uşağın təhlükəsizliyi və psixoloji sarsıntıya məruz qalmaması baxımından", - Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, həmin vaxt polis azyaşlı uşağa fikir verməyib onu həmin ərazidən kənərlaşdırmasaydı, o qızcığazın qanunsuz mitinq iştirakçılarının ayaqları altında qalmayacağına kim zəmanət verə bilərdi?

"Əksinə, uşağa bir xəsarət yetirilsəydi, hamı yenə polisi qınayacaqdı ki, uşağın anası yaxşı valideyn deyil, bəs polis hara baxırdı, niyə vaxtında onu oradan götürmədi? Görün, insan nə qədər ədalətsiz və qərəzli olmalıdır ki, qadına və uşağa qarşı humanistlik göstərən, onların təhlükəsizliyinin qayğısına qalan polisi zorakırılıqda günahlandırsın", - Zahidov əlavə edib.

Xəbər lenti

Xəbər lenti