...

Azərbaycanda uşaqlar hicab bağlamağa məcbur edilirlər - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 21 Aprel 2011 13:59 (UTC +04:00)
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, ölkədə uşaqlar hicab bağlamağa məcbur edilir.
Azərbaycanda uşaqlar hicab bağlamağa məcbur edilirlər - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, ölkədə uşaqlar hicab bağlamağa məcbur edilir.

"Biz dünyəvi dövlət qurmuşuq, dünyəvi dövlətin də öz qanunları var. Biz, dövlət komitəsi olaraq, bu məsələyə yalnız uşaq hüquqlarının müdaifəsi baxımından yanaşırıq. Araşdırma aparmışıq və məlum olub ki, bu uşaqların əksəriyyəti hicab bağlamağa məcbur edilirlər. 10 yaşlı uşaq dərk etmir ki, hicab nəyə görə bağlanılır. İmkan versinlər 18 yaşa çatsın, öz hüquqlarını dərk etsin və hicab bağlayıb-bağlamamaqla bağlı özü qərar versin", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, hicab bağlamağın tərəfdarı olanlar bildirirlər ki, guya bu, adət-ənənlərimizdə var.

"Bu, yalandır. Bizdə heç vaxt belə bir ənənə olmayıb. Mən bunun təbliğ olunmasının tərəfdarı deyiləm. Bu, uşağın hüquqlarını tapdalamaq deməkdir və onun inkişafına mane olur. Valideyinlər belə etməklə uşaqların imkanlarını məhdudlaşdırırlar. Bizim mövqeyimiz budur ki, 18 yaşına çatanda hər kəs özü buna qərar verməlidir", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti