...

Bədbəxt hadisələrə görə işəgötürənin təqsirinin meyarlarının müəyyənləşdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunub

Cəmiyyət Materials 25 Aprel 2011 11:56 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsi istehsalatda baş vermiş bədbəxt hadisələr zamanı işəgötürənin təqsirinin meyarlarının müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Bədbəxt hadisələrə görə işəgötürənin təqsirinin meyarlarının müəyyənləşdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunub

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi istehsalatda baş vermiş bədbəxt hadisələr zamanı işəgötürənin təqsirinin meyarlarının müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci və 2-ci hissələrinin bəzi müddəalarının şərh olunmasına dair müraciəti baxılaraq icraata qəbul edilib.

KM-dən bildirilib ki, Əmək Məcəlləsinin 239-cu maddəsi əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar işəgötürənin maddi məsuliyyətini müəyyən edir.

Bakı Apelyasiya Məhkəməsi isə işəgötürənin məsuliyyətinin konkret kriteriyalarının müəyyən edilməsini xahiş edib.

Əmək Məcəlləsində qeyd olunub ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar sosial sığorta orqanları tərəfindən çəkilən xərclərin, eləcə də Mülki Məcəllədə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

Həmçinin, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

Konstitusiya Məhkəməsi müraciətə mayın 17-də baxılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti