...

Azərbaycanlı gimnastlar beynəlxalq turnirlərdə medallar qazanıblar

Cəmiyyət Materials 25 Aprel 2011 14:34 (UTC +04:00)
Son istirahət günləri Minskdə və Vladimirdə keçirilən beynəlxalq turnirlərdə gənc azərbaycanlı gimnastlar bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
Azərbaycanlı gimnastlar beynəlxalq turnirlərdə medallar qazanıblar

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Son istirahət günləri Minskdə və Vladimirdə keçirilən beynəlxalq turnirlərdə gənc azərbaycanlı gimnastlar bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlk şad xəbər Belarus paytaxtından gəlib. Oradakı yarışda 12 yaşlı Ləman Hacızadə və Gülsüm Şərifzadə (1998-ci il təvəllüdlü) iştirak ediblər. Topla hərəkətlərdə Hacızadəyə bərabər olan olmayıb. Bu da finalın məntiqi sonluğuna gətirib çıxarıb - mütləq liderlik və birinci yer.

Şərifzadə komanda üzrə rəfiqəsinə çata bilməyib, lakin gürzlə oyunda üçüncü yer də hesaba alınır və yüksək qiymətləndirilir.

Çoxnövçülükdə Hacızadə dördüncü nəticəni göstərib. Şərifzadə isə səkkizinci yeri tutub.

Mükafatların tam dəstini tamamlamağa yalnız gümüş medal çatdırmırdı. O isə qonşu ölkədə keçirilən tamamilə başqa turnirdə qazanılıb. 10 yaşlı Leyla İbrahimova çıxışlarının yekunu üzrə ikinci nəticəni göstərib. Vladimirdəki yarışlarda iştirak edən digər azərbaycanlı idmançılar 4-9-cu yerləri tutublar.

Bu arada Rusiyanın Nijni-Novqorod şəhərində qrup komandaları arasında Dünya Kuboku mərhələsi keçirilib. Aelita Xələfova, Ceyla Quliyeva, Səbinə Abbasova, Yevgebi Jidkova, Stefani Trayanova və Anastasiya Prasolovadan ibarət komanda ikinövçülükdə altıncı yeri tutub.

Bu həftənin sonunda fərdi gimnastlar üçün Dünya Kubokunun növbəti mərhələsi Porimaoda (Portuqaliya) keçiriləcək. Orada Aliyə Qarayeva və Anna Qurbanova iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti