...

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində xeyriyyə Pasxa bazarı açılıb (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2011 17:21 (UTC +04:00)
Çərşənbə günü Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Əməkdaşlıq Təşkilatının nümayəndəliyi, RF-nin Azərbaycandakı səfriliyi və Rusiya pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının təşkil etdiyi xeyriyyə Pasxa bazarı açılıb.
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində xeyriyyə Pasxa bazarı açılıb (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Çərşənbə günü Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Əməkdaşlıq Təşkilatının nümayəndəliyi, RF-nin Azərbaycandakı səfriliyi və Rusiya pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası tərəfindən təşkil edilən xeyriyyə Pasxa bazarı açılıb.

Trend-in məlumatına görə, iki gün ərzində açıq olacaq Pasxa bazarı çərçivəsində xalq sənəti nümunələri, bəzək əşyaları, şəkillər, əl işləri və suvenirlərin satışı keçiriləcək.

Bundan başqa, Pasxa bazarı çərçivəsində xeyriyyə lotereyası oynanılacaq, vəsaitlər yığılacaq və konsert proqramı keçiriləcək. Tədbirdən toplanılan vəsaitlər Mərdəkan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı internata köçürüləcək.

Xəbər lenti

Xəbər lenti