...

Azərbaycanda medalçılara qəbul imtahanlarında əlavə ballar hesablana bilər (VİDEO)

Cəmiyyət Materials 28 Aprel 2011 14:18 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələcəkdə ümumtəhsil məktəblərinin qızıl və gümüş medal alan məzunlarına qəbul imtahanlarında əlavə ballar hesablaya bilər.
Azərbaycanda medalçılara qəbul imtahanlarında əlavə ballar hesablana bilər (VİDEO)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələcəkdə ümumtəhsil məktəblərinin qızıl və gümüş medal alan məzunlarına qəbul imtahanlarında əlavə ballar hesablaya bilər. Bu barədə Trend-ə TQDK sədri Məleykə Abbaszadə bildirib.

"Komissiya qəbul imtahanlarından sonra abituriyentlərin göstəricilərini onların attestat qiymətləri ilə müqayisə edir. Nəticələr məktəblərdə qiymətləndirmənin düzgün aparıldığını göstərdiyi zaman qəbul qaydalarında yeniliklər edə bilərik və şagirdlərin nəticələrinə ballar əlavə oluna bilər", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, hazırda "Təhsil haqqında" qanunda müvafiq ixtisaslara imtahansız qəbul yalnız dünya fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yüksək səviyyəli yarışların qalibləri üçün nəzərdə tutulub.

"Məktəblərdə qiymətləndirmə ilə bağlı vəziyyətin ildən-ilə yaxşılaşdığını nəzərə alaraq, yaxın iki-üç il ərzində TQDK-nın məktəbdə yaxşı nəticələr göstərən və qəbul imtahanlarında onları sübut edən abituriyentlərə əlavə ballar verə biləcəyinə ümid edirik", - Dövlət Komissiyasınını sədri bildirib.

"Ötənilki imtahanların nəticələri göstərdi ki, məktəblərdə qiymətlnədirmə məsələsində heç də hər şey düz deyil", - o deyib.

Bu ay Azərbaycanın Nazirlər Kabineti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsvirlərini təsdiqləyib.

NK-nın qərarında göstərilib ki, tam orta təhsili əla qiymətlərlə başa vuran məzunlar üçün diametri 40, qalınlığı 3 millimetr olan qızıl və gümüş medallar hazırlanır.

Medala layiq görülən şagirdlərin mükafatlandırılması 2010-2011-ci dərs ilinin vahid mərkəzləşdirilmiş məktəb imtahanlarının nəticələrindən asılı olacaq.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti