...

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələr aparılıb

Cəmiyyət Materials 29 Aprel 2011 17:49 (UTC +04:00)
Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən müzakirələrdə əsasən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələr aparılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Hacıyev/

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən müzakirələrdə əsasən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında qeyd edib ki, nazirlik proqramın hazırlanmasında əlaqələndirici funksiyanı yerinə yetirəcək.

Nazir müavini bildirib ki, proqramın hazırlanmasında gənclər təşkilatlarının da təkliflərinə böyük ehtiyac var. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyində bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Nazirliyin internet saytında gənclərin təkliflərini qəbul etmək üçün xüsusi elektron poçt fəaliyyətə başlayıb.

Müzakirələr zamanı gənclər təşkilatlarının nümayəndələri çıxış edərək gənclərin sosial problemlərinin həll olunması istiqamətində öz təkliflərini səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti