...

Əflatun Amaşov: Azərbaycanda elektron media kifayət qədər inkişaf edib

Cəmiyyət Materials 3 May 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının sədri ölkədə elektron medianın yetərincə inkişaf etdiyini bildirib.

"Azərbaycanda internet mediası kifayət qədər inkişaf edib. Artıq bir neçə internet radio və TV fəaliyyət göstərir. Portalların bir neçəsi MŞ-nin üzvüdür. Azərbaycanda intrernet mediasının vəziyyətini araşdırmaq məqsədilə mayın sonunda Bakıda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq", - Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə MŞ sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, Şuranın internet portallarının fəaliyyətinə tam nəzarət etmək səlahiyyəti yoxdur.

"Mətbuat Şurası yalnız etik prinsiplərin pozulması ilə bağlı məsələləri müzakirə edə bilər. Həmin xəbər portallarında jurnalist etikasının pozulması ilə bağlı məqamlar müşahidə olunduqda MŞ müvafiq qərar qəbul edə bilər", Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti