...

Azərbaycanda müstəqil dövlətçiliyə xidmət edən müxalifətçilik ənənəsi yoxdur - Mübariz Əhmədoğlu

Cəmiyyət Materials 4 May 2011 16:47 (UTC +04:00)
Azərbaycanda müstəqil və ya müstəqil dövlətçiliyə xidmət edən müxalifətçilik ənənəsi yoxdur. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.
Azərbaycanda müstəqil dövlətçiliyə xidmət edən müxalifətçilik ənənəsi yoxdur - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müstəqil və ya müstəqil dövlətçiliyə xidmət edən müxalifətçilik ənənəsi yoxdur. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"Azərbaycan müxalifəti müstəqilliyindən 20 il ötməsinə baxmayaraq, müstəqil müxalifətçiliyin, xarici dövlətlərdən asılı olmayan müxalifətçiliyin hətta nəzəri ideoloji bazasını işləyib hazırlamayıb. Bəzi siyasi partiyalar özlərinin ideoloji bazası, fəaliyyət istiqaməti və digər funksionallığı haqqında bir dənə də olsun kitab və monoqrafiya çap etdirməyiblər", - Əhmədoğlu əlavə edib.

O hesab edir ki, Azərbaycanda kütlə adından danışmağa iddia edən bir qrup gənc deformasiya olunmuş düşüncə tərzinə malikdirlər.

"Həmin gənclər elə başa düşürlər ki, adicə bəyanat verməklə Qərb bunlara qucağını açacaq, Qərbdə təhsil və yaşamaq üçün hər cür şərait yaradacaq", - o vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil siyasət aparması bir sıra ölkələri qıcıqlandırır. Ona görə də Azərbaycana ərəb inqilabını ixrac etmək istəyən qüvvələr iki qrupa bölünüb.

"Bunlardan birinci qrupa İran daxildir. İran bütün dini, etik, əxlaqi, siyasi normaları pozaraq Azərbaycanda mitinq təşkil etmək istəyir. İranın indiki rəhbərliyi Azərbaycandakı mitinqləri özləri üçün "ildırım ötürən" hesab edir. Yəni Azərbaycanda mitinqin başlaması İran hakimiyyətini öz ölkəsində mitinqlərin başlamasından sığortalayacaq. Əlbəttə, sığortalamanın müddəti barədə heç kim heç nə bilmir. Təbii ki, Azərbaycandakı mitinqlər nəticəsində Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti nə qədər çox ziyan çəksə, İran üçün bir o qədər faydalıdır", - o bildirib.

Əhmədoğlu deyib ki, Azərbaycanda inqilab olmasını istəyən digər bir qrup isə ABŞ və Qərbdir.

"Rusiya və Türkiyə bu proseslərdə iştirak etmirlər; hətta Azərbaycan hakimiyyətinə dəstək də verə bilərlər. ABŞ və Qərbin tutduğu mövqeyi başa düşmək qeyri-mümkündür. ABŞ və Qərbin rəsmi mövqeyinə görə, onlar üçün Azərbaycanla ərəb dövlətləri arasında heç bir fərq yoxdur. Əslində, fərq böyükdür. Ən azı, Azərbaycandakı mitinqlər sosial sifariş deyil, xalqın böyük əksəriyyətinin maraqlarından irəli gəlmir. Azərbaycandakı mitinqlərin arxasında müəyyən qruplar var və bu qrupların da hamısının ipinin ucu İrana bağlanıb. Onda belə çıxır ki, Azərbaycandakı mitinqlərdə, başqa sözlə, xaosda İranla ABŞ-ın maraqları üst-üstə düşür", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti