Azərbaycan, Bakı, 5 may /Trend/
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu, bəzi yerlərdə dumanlı olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15,, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bakıda qısamüddətli yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq.
