Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda vəkilliyə qəbul imtahanının vaxtı müəyyənləşib.
Vəkillər Kollegiyasından cümə axşamı Trend-ə bildirilib ki, imtahan iyunun 26-da keçiriləcək.
Məlumata görə, vəkilliyə 605 nəfər sənəd verib.
Sənəd qəbulu ötən il iyulun 15-dən dekabrın 15-dək davam edib.
Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.
Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.