...

Azad Rəhimov ABŞ güləşçilərini Azərbaycanda təcrübə keçməyə dəvət edib (FOTO)

Cəmiyyət Materials 5 May 2011 15:55 (UTC +04:00)
"Azərbaycanda çox güclü güləş məktəbi var. ABŞ idmançıları bizim ölkəyə bu idman növü üzrə təcrübə keçməyə gələ bilərlər", - Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov ABŞ-ın "USA Today" qəzetinə müsahibəsində deyib.
Azad Rəhimov ABŞ güləşçilərini Azərbaycanda təcrübə keçməyə dəvət edib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Gənclər və idman naziri Azad Rəhimov ABŞ güləşçilərini Azərbaycanda təcrübə keçməyə dəvət edib.

"Azərbaycanda çox güclü güləş məktəbi var. ABŞ idmançıları bizim ölkəyə bu idman növü üzrə təcrübə keçməyə gələ bilərlər", - Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov ABŞ-ın "USA Today" qəzetinə müsahibəsində deyib.

Müsahibədə Rəhimov Gənclər və İdman Nazirliyinin yaranma tarixi, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının həyata keçirdiyi layihələr, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı üzərində gedən işlər, ölkədə təşkil olunan beynəlxalq tədbirlər, Olimpiya İdman komplekslərinin fəaliyyəti və digər məqamlar barədə məlumat verib.

Nazir gənclər sahəsində Azərbaycan və ABŞ arasında daha maraqlı əlaqələrin qurula biləcəyini bildirib.

"Bizim ötən həftə Yunanıstandan qonaqlarımız var idi. Bu qonaqlar Yunanıstanın bir neçə universitetində "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri olan tələbələr idi. Bu səpkili yarışlar ABŞ universitetləri ilə də keçirilə bilər. ABŞ-ın bir sıra universitetlərində təhsil alan xeyli sayda azərbaycanlı tələbə var. Mən Azərbaycan gənclər təşkilatlarının ABŞ-ın gənclər təşkilatları ilə maraqlı əlaqələr qurmasını da istərdim", - Rəhimov vurğulayıb.

Müsahibə əsnasında idman sahəsi ilə bağlı ikitərəfli əməkdaşlıq barədə söz açan nazir, hər iki ölkənin idmançılarının bu ölkələrdə keçirilən beynəlxalq tədbirlərə qatılmaları ilə bərabər, eyni zamanda təcrübə keçmənin mümkünlüyü barədə də danışıb.

Daha sonra Rəhimov nazirliyin gənclər və idman sahəsindəki məqsədlərindən danışarkən, burada məşğulluğun, ev təminatının, təhsil, gənclər təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsinin önəmindən danışıb.

Xəbər lenti

Xəbər lenti