...

Azərbaycanda vətəndaş bələdiyyəyə ödədiyi vergilərin hara xərclənməsi barədə məlumatlı olmalıdır - Prezident Administrasiyasının sektor müdiri

Cəmiyyət Materials 6 May 2011 15:19 (UTC +04:00)
Vətəndaş bələdiyyəyə ödədiyi vergilərin hara xərclənməsi barədə məlumatlı olmalıdır.
Azərbaycanda vətəndaş bələdiyyəyə ödədiyi vergilərin hara xərclənməsi barədə məlumatlı olmalıdır - Prezident Administrasiyasının sektor müdiri

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Vətəndaş bələdiyyəyə ödədiyi vergilərin hara xərclənməsi barədə məlumatlı olmalıdır. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyə üzvləri üçün keçirilən seminarda çıxışı zamanı Prezident Administrasiyasının Bələdiyyələrlə iş üzrə sektorunun rəhbəri Ramiq Həşimov bildirib.

"Bələdiyyələrin qarşılaşdığı problemlər də məhz bununla bağlıdır. Vətəndaş bələdiyyəyə ödədiyi pulun ona çatıb-çatmaması, həmin pulun hara xərclənməsini bilməlidir", - Həşimov deyib.

Sektor müdiri bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması üçün bələdiyyələrin xərcləri, gəlirləri barədə məlumatların vətəndaşlara açıq olmasını vacib sayıb.

Onun sözlərinə görə, bələdiyyə büdcəsinin xərclənməsi vətəndaşların istəyi ilə müəyyən edilməlidir.

"Onda bələdiyyələrin büdcəsi də artacaq, vətəndaşlar vergiləri də ödəyəcək, ən əsası bələdiyyələrin cəmiyyətdə nüfuzu da artacaq", - PA rəsmisi vurğulayıb.

Sektor müdiri bələdiyyələrin qəbul etdiyi aktların elektron informasiya sistemi vasitəsilə açıqlanması üçün bələdiyyələrin saytlarının yaradılmasının zəruri olduğunu deyib.

O bildirib ki, Prezidentin bu ilin fevralında imzaladığı fərmanda 2014-cü il yanvarın 1-dək bələdiyyələrin internet saytlarının yaradılması nəzərdə tutulub.

Həşimov bələdiyyələrin bu istiqamətdə hazırlığa başlamasını, onların texniki bazasının, kadr potensialının hazırlanmasını vacib sayıb.

Xəbər lenti

Xəbər lenti