Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/
Mayın 10-da Bakıda "Heydər Əliyev Kuboku" beynəlxalq boks turniri keçiriləcək. Bu barədə cümə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yeniyetmə idmançılar arasında keçiriləcək bu yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaq. Eyni zamanda, İrlandiya, Türkiyə, Hindistan, Türkmənistan, İsrail, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Şotlandiya komandaları da mübarizəyə qoşulacaqlar.
Bundan əlavə, mayın 8-də Bakı İdman Sarayında Azərbaycanın ən güclü boksçularının görüşləri keçiriləcək.
Yarışın əsas məqsədi sentyabr ayında Bakı şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək idmançıları müəyyən etməkdir.
Bakıda "Heydər Əliyev Kuboku" beynəlxalq boks turniri keçiriləcək
Mayın 10-da Bakıda "Heydər Əliyev Kuboku" beynəlxalq boks turniri keçiriləcək. Bu barədə cümə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
