Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm xidmətləri göstərən şirkətlərin təklif etdiyi qiymətlərin aşağı salınması üçün əlavə tədbirlər görəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Hazırda bununla bağlı müvafiq sənədləşmə işləri aparılır. Yay mövsümündə turizm şirkətlərinin xidmətlərinin və otellərin qiymətləri ötən ilə nisbətən daha münasib olacaq. Artıq iyunun ortalarından başlayaraq bunu hiss edəcəyik. Bu, təkcə tövsiyə deyil", - Qarayev deyib.
Qiymətlərin nə qədər endiriləcəyinə gəlincə, nazir bunu açıqlamaq istəməyib.
Onun sözlərinə görə, qiymət endirimlərinin həcmi şirkətlərin qərarından və onların iqtisadi vəziyyətindən asılı olacaq.
Azərbaycanda turizm xidmətlərinin və otellərin qiymətləri ucuzlaşacaq
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm xidmətləri göstərən şirkətlərin təklif etdiyi qiymətlərin aşağı salınması üçün əlavə tədbirlər görəcək.
