...

Azərbaycan Qızıl Aypara Çəmiyyəti sərhədyanı bölgələrdə yeni layihənin icrasına başlayıb

Cəmiyyət Materials 16 May 2011 14:16 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Çəmiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) dəstəyi ilə ölkənin sərhədyanı bölgələrində ilk tibbi yardım vərdişlərinin öyrənilməsi ilə bağlı layihənin icrasına başlayıb.
Azərbaycan Qızıl Aypara Çəmiyyəti sərhədyanı bölgələrdə yeni layihənin icrasına başlayıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Qızıl Aypara Çəmiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) dəstəyi ilə ölkənin sərhədyanı bölgələrində ilk tibbi yardım vərdişlərinin öyrənilməsi ilə bağlı layihənin icrasına başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Qızıl Aypara Çəmiyyətinin sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova bildirib ki, layihə ölkənin 12 rayonunu əhatə edəcək.

Layihə çərçivəsində bölgələrdə ilk yardım üzrə 12 təlimatçı hazırlanacaq.

Həmin təlimatçılar daha sonra əhali arasında ilk tibbi yardım vərdişlərini aşılayacaqlar.

Bununla yanaşı, ilk tibbi yardımın göstərilməsi ilə bağlı əyani vəsaitlər də hazırlanaraq, əhaliyə paylanacaq.

Qaraxanova bu layihənin həyata keçirilməsinə çox böyük ehtiyacın olduğunu bildirib.

Cəmiyyət səlahiyyətlisi donorların sağlam həyat sürməsi ilə bağlı layihə həyata keçirmək istədiklərini də qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlamlığı ilə bağlı probılemlər var. Bu problemləri yaradan əsas səbəblər isə yoxsulluq, yuxusuzluq, fasiləsiz, çox çalışmaq və yaxşı qıdalanmamaqdır.

"Bu yaxınlarda keçirdiyimiz qanvermə aksiyasında iştirak edən 500 gəncdən yalnız 92-si qan verdi. Gənclərin bir çoxunun təzyiqi, hemoqlabini və çəkiləri aşağıdır. Bu, artıq onu göstərir ki, onların sağlamlıq durumu yaxşı deyil. Buna görə də gənclərin müayinələrdə iştirak etməsi, sağlamlıq vəziyyətləri ilə bağlı maarifləndirilmə işlərinin aparılması lazımdır", - Qaraxanova əlavə edib.

Xəbər lenti

Xəbər lenti