...

"Eurovision-2011"-in qalibi həyəcanlı olduğundan Azərbaycan bayrağını səhnəyə çıxarmayıb (FOTO)

Cəmiyyət Materials 17 May 2011 17:04 (UTC +04:00)
Eldar Qasımov çox həyəcanlı olduğundan səhnəyə çıxarkən bayrağı götürməyi unudub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxmasına münasibət bildirərkən deyib.
"Eurovision-2011"-in qalibi həyəcanlı olduğundan Azərbaycan bayrağını səhnəyə çıxarmayıb (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Eldar Qasımov çox həyəcanlı olduğundan səhnəyə çıxarkən bayrağı götürməyi unudub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxmasına münasibət bildirərkən deyib.

"Əslində, qalib elan olunandan sonra Eldar səhnəyə çıxanda əlində Azərbaycan bayrağını tutmalıydı. Lakin çox həyəcanlı olduğundan bayrağı götürməyi unudub", - Ömərov deyib.

"Eurovision-2011"-in qalibi Eldar Qasımov Azərbaycan və Türkiyə arasında heç bir fərq görmədiyini deyib və qeyd edib ki, biz bir millət, iki dövlətik.

Nigar Camal bildirib ki, Türkiyənin yarışmanın finalına keçə bilməmələrindən çox narahat olublar və Türkiyənin bayrağı ilə səhnəyə çıxmaları bütün türk dünyasını təmsil etmək istəkləri ilə bağlı olub.

Qasımov ikinci dəfə seçiləcəkləri və gözəl mahnı təqdim olunacağı halda "Eurovision"-da ikinci dəfə qələbə qazanmağa hazır olduqlarını deyib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti