...

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə kadrlar hazırlanması üçün ayrıca fakültə yaradılacaq

Cəmiyyət Materials 23 May 2011 14:50 (UTC +04:00)
Azərbaycan Texniki Universitetində Müdafiə Sənayesi Nazirliyi (MSN) üçün kadrlar hazırlanması məqsədilə ayrıca fakültə yaradılacaq. Bu barədə bazar ertəsi Trend-ə MSN-in Elmi-texniki araşdırmaların təşkili şöbəsinin müdiri Rafiq Hüseynov məlumat verib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə kadrlar hazırlanması üçün ayrıca fakültə yaradılacaq

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Texniki Universitetində Müdafiə Sənayesi Nazirliyi (MSN) üçün kadrlar hazırlanması məqsədilə ayrıca fakültə yaradılacaq. Bu barədə bazar ertəsi Trend-ə MSN-in Elmi-texniki araşdırmaların təşkili şöbəsinin müdiri Rafiq Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bunun üçün artıq bütün lazımi sənədlər - fənlərin dövlət standartları, lazımi ixtisasların adları və digərləri hazırlanaraq hökumətə təqdim olunub.

"Artıq iki ildir bu istiqamətdə iş gedir. Məsələ Təhsil, İqtisadi İnkişaf, Maliyyə və Ədliyyə nazirlikləri ilə razılaşdırılıb. Hazırda sənədlər Nazirlər Kabinetindədir. Nazirlər Kabineti təsdiq etdikdən sonra fakültə üzrə ixtisaslar TQDK-nın qəbul proqramına da salınacaq", - Hüseynov əlavə edib.

MSN-in şöbə müdiri onu da qeyd edib ki, hər il fakültəyə qəbul olunacaq tələbələrin sayı da müəyyənləşib.

"Fakültədə tələbələr beş ixtisas üzrə təhsil alacaqlar. Hər ixtisas üzrə 15 nəfər olmaqla ümumilikdə 75 tələbə qəbul ediləcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti