...

Uşaqlara yeni Azərbaycan filmi təqdim ediləcək

Cəmiyyət Materials 31 May 2011 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçılara Azərbaycanda istehsal edilmiş yeni film təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Onun ürəyi" adlı bədii-musiqili filmin yaradıcı heyəti sabah saat 19:00-da Teatr Xadimləri İttifaqının Tamaşa zalında uşaqlarla görüşəcək.

Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilən filmə Samir Kərimoğlu quruluş verib. Filmin musiqisini Vüqar Camalzadə bəstələyib, operatoru Nadir Mehdiyevdir.

Kompüter qrafikasından geniş istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər.

Xəbər lenti

Xəbər lenti