...

Azərbaycanda gənclərə faizsiz ipoteka verilə bilər - nazir

Cəmiyyət Materials 31 May 2011 17:24 (UTC +04:00)
Azərbaycanda gənclərə faizsiz ipoteka verilə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Azərbaycanda gənclərə faizsiz ipoteka verilə bilər - nazir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda gənclərə faizsiz ipoteka verilə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, sosial ipoteka məsələsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb.


"Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün 0 faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın",- nazir vurğulayıb.

Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdı r və son baxış üçün bütün nazirliklərə paylanılıb.

İyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir. Bu Dövlət Proqramı Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti