...

Azərbaycanda "Vətəni tanı" kampaniyası çərçivəsində növbəti seçim turu yekunlaşıb

Cəmiyyət Materials 1 İyun 2011 11:33 (UTC +04:00)
Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası çərçivəsində Saatlı və işğal altında olan Cəbrayıl rayonunun gəncləri arasında seçim turları keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (AGTMŞ) bildirilib.
Azərbaycanda "Vətəni tanı" kampaniyası çərçivəsində növbəti seçim turu yekunlaşıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası çərçivəsində Saatlı və işğal altında olan Cəbrayıl rayonunun gəncləri arasında seçim turları keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (AGTMŞ) bildirilib.

Milli Şuranın təşkilatçılığı, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqənin işçi qrupu Saatlı rayonunda 150 gənc arasında xəritə və elektron variantda seçim turları keçiriblər.

Bundan sonra Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə gələn işçi qrup Cəbrayıllılar arasında seçim turu keçirib. Cəbrayıllı gənclər "Vətəni tanı" kampaniyasında çox fəallıq nümayiş etdiriblər. Onlar arasından iki gənc Respublika turuna vəsiqə qazanıb.

"Vətəni tanı" kampaniyasının 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçirilməsi nəzərdə tutulub. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər seçiləcək.

Xəbər lenti

Xəbər lenti