...

Azərbaycan meşələrində yanğın təhlükəsizliyi tədbirləri görülür

Cəmiyyət Materials 2 İyun 2011 10:51 (UTC +04:00)
Havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıqlarda yanğınların baş vermə təhlükəsi artıb.
Azərbaycan meşələrində yanğın təhlükəsizliyi tədbirləri görülür

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan meşələrində yanğın təhlükəsizliyi tədbirləri görülür

Havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıqlarda yanğınların baş vermə təhlükəsi artıb. Bununla bağlı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən respublikanın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun olaraq, hər il qabaqlayıcı profilaktik tədbirlər görülür. Bu barədə cümə axşamı Trend-ə ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Meşə yanğınlarının qarşısının alınması məqsədilə ETSN Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq, ETSN-in Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib. Yanğın təhlükəsi olan ərazilərdə 625 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və köhnə zolaqların təmir edilməsinə başlanılıb.

Baş verə biləcək təhlükənin qarşısını almaq üçün ETSN-in mərkəzi və yerli qurumları tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçilik təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçilərinə izahatlar verilməklə yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb.

Qabaqlayıcı tədbirlərin vaxtaşırı həyata keçirilməsi nəticəsində respublikanın ərazisində meşə yanğını hadisələrinin sayı ilbəil azalaraq minimuma endirilib.

Bəzi fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.

ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti