...

Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işini başa vurub

Cəmiyyət Materials 2 İyun 2011 17:16 (UTC +04:00)
Cümə axşamı Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işini başa vurub.
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işini başa vurub

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Cümə axşamı Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işini başa vurub. Üçgünlük sessiya YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil edilib.

Konfrans zamanı bioetika sahəsində ən aktual problemlər müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə tədbir başa çatdıqdan sonra YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin yeni sədri Stefan Sempliçi deyib.

"Biz təcrübəmizi, bu sahədəki işin metodlarını bölüşməliyik və bu sahədə bizi narahat edən məsələlərə cavab axtarmalıyıq", - Sempliçi qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçirilən tədbir dünyanın müxtəlif guşələrində bioetika sahəsində işləyən alimlərin iştirak etdiyi qobal forumdur.

Xəbər lenti

Xəbər lenti