...

"FINCA Azerbaijan" həmişə uşaqların yanında

Cəmiyyət Materials 3 İyun 2011 14:12 (UTC +04:00)
"FINCA Azerbaijan" artıq 6-cı ildir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bütün ölkə ərazisində qeyd edərək uşaqları sevindirməyə çalışır.
"FINCA Azerbaijan" həmişə uşaqların yanında

Azərbaycan, Bakı, 3 iyun /Trend/

"FINCA Azerbaijan" artıq 6-cı ildir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bütün ölkə ərazisində qeyd edərək uşaqları sevindirməyə çalışır. Bu münasibətlə iyunun 1-də "FINCA Azerbaijan" bütün ölkə ərazisində müxtəlif tədbirlər keçirib və bütün filiallar bu münasibətlə bəzədilib.

Bakı və Sumqayıt şəhərlərində FINCA əməkdaşları tərəfindən uşaq evlərinə səfərlər edilib, Quba, Mingəçevir, İmişli və s. şəhərlərdə isə uşaqlar üçün yarışlar, əyləncə proqramları, konsertlər təşkil olunub. "FINCA Azerbaijan" bu tədbirlərdə iştirak edən bütün uşaqları öz hədiyyələri ilə sevindirib.

Xəbər lenti

Xəbər lenti