...

Əflatun Amaşov ATƏT məkanında jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransda iştirak edəcək

Cəmiyyət Materials 3 İyun 2011 17:50 (UTC +04:00)
İyunun 7-8-də Litvanın paytaxtı Vilnüs şəhərində "ATƏT məkanında jurnalistlərin təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə cümə günü Trend-ə konfransda iştirak edəcək Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşov ATƏT məkanında jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

İyunun 7-8-də Litvanın paytaxtı Vilnüs şəhərində "ATƏT məkanında jurnalistlərin təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə cümə günü Trend-ə konfransda iştirak edəcək Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Tədbirdə jurnalist təhlükəsizliyinin təminatında jurnalistlərin rolu məsələsi müzakirə olunacaq. Qanunvericiliyin tələbləri, hüquq-mühafizə orqanlarının və məhkəmələrin təcrübəsi məsələsi barədə fikir mübadiləsi aparılacaq. Jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolu da müzakirə olunacaq", - Amaşov əlavə edib.

Onun sözlərinə görə, tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç iştirak edəcək. Tədbirin açılışında Litva Prezidentinin çıxışı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti