...

Rəsul Rza haqqında "...Yaşıl atlas - ömürdən səhifələr" filminin təqdimatı keçirilib

Cəmiyyət Materials 5 İyun 2011 18:07 (UTC +04:00)
Rəsul Rza haqqında "...Yaşıl atlas - ömürdən səhifələr" filminin təqdimatı keçirilib.
Rəsul Rza haqqında "...Yaşıl atlas - ömürdən səhifələr" filminin təqdimatı keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir T.Hacıyev/

Rəsul Rza haqqında "...Yaşıl atlas - ömürdən səhifələr" filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə xalq yazıçısı Anar, millət vəkilləri, ədəbiyyat və media nümayəndələri iştirak ediblər.

Filmin ssenari məllifi və rejissoru Əhliman Qafarov çıxış edərək qeyq edib ki, film Yevlaxın "El TV"-nın dəstəyi ilə çəkilib.

Qafarov xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı mövqeyindən söz açıb. O, Rəsul Rzanın həyat və yaradıcılığından danışarkən qeyd edib ki, Rəsul Rza Azərbaycan və dünya ədəbiyyatında iz qoymuş simalardandır. Onun yaradıcılığı ilə hələ uşaqlıqdan tanış olduğunu deyən rejissor Rəsul Rzanın haqqında film çəkdiyindən şərəf duyduğunu vurğulayıb.

Daha sonra Qafarov filmin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edib. Daha sonra isə filmin nümayişi keçirilib.

"...Yaşıl atlas - ömürdən səhifələr" filminin ssenari müəllifi və rejissoru Əhliman Qafarov, operatoru Faiq Yusifoğlu, montaj rejissoru Pərviz Musaoğlu, səs rejissoru isə Anar Elşənoğludur. Filmin məsləhətçiləri akademik Bəkir Nəbiyev və Şövqü Göyçaylıdır.

Xəbər lenti

Xəbər lenti